Ukraynalı boksçu intihar etdi

  • 2022.01.29 16:23
  • 2494 Baxış
Ukraynalı boksçu intihar etdi

Boks üzrə Avropa çempionu “Ovçu” ləqəbli Vladimir Virçis ölüb. 48 yaşlı ukraynalı idmançının intihar etdiyi bildirilir.

Son günlərdə Virçis depressiv vəziyyətdə olub.

Məlumata görə, keçmiş boksçu bir gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.

Virçisin cəsədi kiyevli sakinlərdən biri tərəfindən evin yaxınlığında asılmış vəziyyətdə tapılıb. Hüquq mühafizəçilər ölümü qeydə alaraq, cəsədi ekspertizaya yollayıblar.

“Yanvarın 28-də səhər saatlarında yerli sakin polisə müraciət edərək ərinin gecə saatlarında evdən çıxdığı və hələ də geri qayıtmadığı barədə məlumat verib. Qadın itkin düşən şəxsin xarici görünüşünü təsvir edib və hüquq-mühafizə orqanlarının əməkdaşları onu gecə saatlarında tapılan mərhumun şəxsiyyətini müəyyənləşdirməyə dəvət ediblər. Nəticədə ukraynalı boksçu Vladimir Virçisin öldüyü məlum olub”, - deyə hüquq mühafizə orqanından bildirilib.