Ümumi əzginlik 90% bir xəstəlikdən xəbər verir – Həkim

  • 2024.01.18 22:18
  • 1120 Baxış
Ümumi əzginlik 90% bir xəstəlikdən xəbər verir  – Həkim


Bədəndə ümumi əzginlik, yorğunluq, ruhi-fiziki tükənmişlik 90% hallarda bir orqandan qaynaqlanır.

“Medicina” xəbər verir ki, endokrinoloq Stepan Şuparskiy qışda xüsusilə artan yuxululuq və yorğunluğun səbəblərini açıqlayıb:

“Qışda orqanizm vitamin və günəş işığı defisiti yaşayır.

Eləcə də yorğunluq endokrin xəstəliklərdən xəbər verir.

Ümumi əzginlik qeyri-spesifik əlamətdir, 90% halda alt səbəb qalxanvari vəz və diabetlə bağlı olur.
Diabet varsa, yorğunluqla yanaşı tez-tez sidiyə getmə, qaşınma, susuzluq, aclıq da olur.

Qalxanvari vəz patologiyalarında isə artıq çəki, ödem, əl-ayağın şişməsi, qəbizlik, depressiya, qıcıqlanma, əsmə, yuxusuzluq olur.

Yorğunluq stress və xroniki tükənmə sindromunda da olur.

Ona görə analiz və müayinələr mütləqdir.
Bu problemləri olanlar yubatmadan endokrinoloqa müraciət etməlidir”.


Aygün Musayeva