Unutqanlığın səbəbi anemiya ola bilər - DİQQƏT!

  • 2020.02.08 12:32
  • 3469 Baxış
Unutqanlığın səbəbi anemiya ola bilər -   DİQQƏT!
Solğunluq, halsızlıq və tez yorulmanın altında bir çox gizli səbəb ola bilər.

Medicina.az xəbər verir ki, türkiyəli professor Fatma Deniz bildirib ki, yuxu və iştah pozğunluğu, əllərdə və ayaqlarda nevroloji qıcolmalar, müvazinət problemi, unutqanlıq və s. kimi şikayətləri olanlar qan azlığı, dəmir, B12 vitamini miqdarını analiz etdirməlidir.

Doktor hazırda cəmiyyətin böyük əksəriyyətinin anemiyadan əziyyət çəkdiyini vurğulayıb. Onun sözlərinə görə, əgər dərinin, dodaqların,ağız içinin solğunluğu kimi əlamətlər varsa demək anemiyadan əziyyət çəkirsiniz. Həmçinin unutqanlıq probleminin ən böyük düşməni qan azlığıdır.

O əlavə edib ki, hər 3 ildə bir insan orqanizmində B12 vitamini boşalır. Bu səbəbdən onurğamız zədələnir, bir sıra nevroloji problemlər ortaya çıxır. Bu 3 il ərzində yavaş-yavaş qansızlıq yaranır.