Ürək, baş, ayaqda damarların tutulduğunu göstərən - 3 ƏLAMƏT

  • 2022.02.21 14:34
  • 2990 Baxış
Ürək, baş, ayaqda  damarların tutulduğunu göstərən -  3 ƏLAMƏT
Ateroskleroz – damar tıxanması günümüzün ən amansız xəstəliyidir. İnfarkt, insult məhz bu səbəbdən yaranır.


Medicina.az xəbər verir ki, rusiyalı kardioloq Jevaqina bildirib ki, qanda yüksək xolesterolun olması damar aterosklerozunun başlandığını göstərən analizdir.

O, aterosklerozun 3 əsas əlamətini də açıqlayıb.

- Əgər ürək damarları tıxanıbsa və aterosklerotik tıxaclar varsa, xəstə sinəsində ağırlıq, ağrı, bəzən hava çatışmazlığı, təngnəfəslik, hərəkət zamanı yanma hiss edir.

- Əgər baş beyin damarların tutulma ocağı varsa, xəstədə diqqət yayqınlığı, görmədə problem, dumanlı görmə, yerişdə səntirləmə, yaddaş pozuntusu şikayətləri olur.

- Ayaq damarları tutulduqda, xəstə gəzərkən yorulur, ayaqlarında zoqquldayıcı ağrı, yanma hissi olur, pəncə və barmaqlar soyuq, göyərmiş olur


Hər 3 orqanda damarların yoxlanması və analizlərlə diaqnoz qoymaq mümkündür.

Kişilər 35 yaşdan sonra, qadınlar 45 yaşdan sonra damarlarını daim diqqətdə saxlasın.