Ürək – damar sisteminə zərər verən “yaxşı” vərdişlər

  • 2023.04.17 13:48
  • 1395 Baxış
Ürək – damar sisteminə zərər verən  “yaxşı” vərdişlər
Elə vərdişlər var ki, ürək – damar sisteminə qətiyyən ziddir, lakin onların insanlara faydalı olduğu təbliğ olunur.

“Medicina” xəbər verir ki, həkim – endokrinoloq Yelizavetta Kardapoltseva faydalı hesab edilən, əslində isə ürək – damar sisteminin sağlamlığına mənfi təsir göstərən vərdişləri sadalayıb.

Mütəxəssis paleolit pəhrizini (paleo pəhriz) psevdosağlam qidalanma vərdişləri ilə əlaqələndirib. Buraya çoxlu miqdarda qırmızı ət daxildir.

Pəhrizdən paxlakimilər, süd məhsulları, dənli bitkilər və şəkər istisna edilir. Belə bir pəhriz tədricən həzm sistemində problemlərə və artıq çəkiyə səbəb olur. Ən sağlam və balanslı pəhriz Aralıq dənizi pəhrizidir.

Endokrinoloq pəhriz əlavələrinə qarşı xəbərdarlıq edərək bildirdi ki, onların nəzarətsiz istifadəsi zəhərli hepatitə və ya kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Onları təbii qida ilə əvəz etmək daha yaxşıdır.

Həkim fiziki məşqləri seçərkən çox diqqətli olmağı məsləhət görür, onlara başlamazdan əvvəl bir mütəxəssislə məsləhətləşmək məsləhətdir. Bu xüsusilə yüksək qan təzyiqi olan insanlar və infarkt və ya insult keçirən insanlar üçün risklidir.

Kardapoltseva həmçinin qeyd edib ki, qaçış, ürək-damar sisteminə yükdən əlavə, diz oynaqlarına və ayaq biləyinə təsir edir. Onu yamaclı bir yolda gəzinti ilə əvəz etmək daha yaxşıdır.

Günay Quliyeva