Ürək dərmanları içənlərə alkoqol olarmı?

  • 2023.02.03 16:26
  • 2971 Baxış
Ürək dərmanları içənlərə alkoqol olarmı?

Kardiopreparatlar və təzyiq dərmanları qəbul edən insanların içki içməsi əks təsirlər verir.

Bakupost.az xəbər verir ki, kardioloq Olqa Stoyko ürək-damar xəstələrinə xəbərdarlıq edib.

“Kardiopreparatlar o dərmanlardır ki, bir gün belə qəbulunu dayandırmaq olmaq. Hətta 1-2 dəfə fasilə verdikdə belə, təhlükəli vəziyyətlər yarada bilər.

Belə pasiyentlər alkoqollu içkiləri qəbul etməməli və ya çox az miqdarda içməlidir.

Çünki alkoqol kardiopreparatlar içənlərdə ürək, böyrək və qaraciyərlə bağlı əks təsirlər verir.

Xəstədə pankreatit, mədənin xorası, böyrək çatışmazlığı yarana bilər. Eləcə də bu dərmanlar içilən gün alkoqol mədə-bağırsaq qanaxması verə bilər.

Ürək dərmanları içilən saatlarda içki təzyiqi kəskin qaldırır. Bu zaman insult, aritmiya, infarkt, ürək dayanması riski artır.
Bütün bunlar xəstələr üçün həyati riskli amillərdir.

Biz adətən belə xəstələrə ən çoxu bir qədəh şərab içməyə icazə verərik. Bu gün içki var, dərmanı sabah içərəm kimi özbaşına qərarlar geridönməz fəsadlara gətirib çıxarır. Bu zaman həkimi və ya dərmanı günahlandırmaq olmaz”.

Aygün Musayeva