Ürək ritm pozuntusu olanlara qəhvə ilə bağlı təəccüblü nəticə

  • 2026.08.18 17:47
  • 105 Baxış
Ürək ritm pozuntusu olanlara qəhvə ilə bağlı təəccüblü nəticə

Yeni araşdırma ürəkdə ritm pozuntusu, xüsusilə atrial fibrilasiyası olan insanların qəhvədən tamamilə imtina etməsinin vacib olmaya biləcəyini göstərib.

Medicina.az xəbər verir ki, DECAF adlı klinik sınaqda 200 xəstə iştirak edib. İştirakçılardan bir qismi hər gün ən azı bir fincan kofeinli qəhvə içib, digərləri isə qəhvə və kofein qəbul etməyib.

6 aylıq müşahidə zamanı qəhvə içən qrupda atrial fibrilasiya və ya qulaqcıq çırpınmasının təkrarlanma riski təxminən 39 faiz daha aşağı olub. Qruplar arasında ciddi əlavə təsirlər baxımından fərq aşkarlanmayıb.

Tədqiqatçılar bildirirlər ki, nəticələr kofeinli qəhvənin ürək ritmini mütləq pisləşdirdiyi barədə uzun illər mövcud olan fikirlərə yenidən baxmağa əsas verir.

Bununla belə, araşdırma yalnız 6 ay davam edib və daha geniş tədqiqatlara ehtiyac var. Ürək ritmi problemi olan şəxslər qəhvə qəbulunu dəyişməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Xanım,
Medicina.az