Ürək xəstələri axşam bu saatda yatmağa getməlidir - Həkimlər

  • 2021.11.11 14:58
  • 2379 Baxış
Ürək xəstələri axşam bu saatda yatmağa getməlidir -  Həkimlər
Ürək üçün ən faydalı yuxuya getmə saatı açıqlanıb.

Əgər insan, xüsusilə ürək-damar sistemi zəif olanlar hər axşam saat 10-11 arası yuxuya getsə, bu zaman ürək xəstələri riski minimallaşdırar.

Medicina.az xəbər verir ki, Britaniyalı alim Devid Penson elmi məqaləsində ürək və yuxu mövzusunu açıqlayıb.

O, 88 min kişi və qadının tibbi məlumatlarını araşdırıb. 4 il ərzində araşdırmalar zamanı onların həyat tərzi, yuxu rejimi sorğulanıb. Bir həftə ərzində bu insanlar elektron biləklik taxıblar, onların yuxuya getmə və oyanma vaxtı qeydə alınıb.
Tədqiqatın sonunda 3 min insan ürək-damar xəstəlikləri ilə üzləşib- infarkt, insult və s.
Alimlər bu insanların digərlərindən daha gec yuxuya getdikləri, az yatdıqları, hər gün eyni saatda yatıb eyni vaxtda qalxmadıqları aşkarlanıb.
Ürək-damar sistemi daha sağlam olanlar isə saat 10-dən sonra yatanlar idi.
Müntəzəm olaraq, axşam tez yatanlarda infarkt və insult riski azalır.
Ən optimal uyğun saat isə gecə 22-23 arasıdır.
Gecə 1-dən sonra yatanlarda ürək-damar xəstəlikləri riski 25% yüksəkdir.
Eləcə də saat 11-də yatıb gecəyarısı oyanmaq və yatmamaq da çox təhlükəlidir.
Bu göstərici qadınlar üçün də keçərlidir.
Alimlər saat 10-dan tez yatmağın da zərərli olduğunu bildirib.
Bu bioloji ritmlərə və orqanizmin daxili saatına uyğun deyil.