Ürək xəstələri COVID vaksini vurdurmalıdırmı?

  • 2021.03.01 15:49
  • 1200 Baxış
Ürək xəstələri COVID vaksini vurdurmalıdırmı?

Ürək xəstələrinin və qan sulandırıcı dərmanlardan istifadə edənlərin peyvənd olunmamaları ilə bağlı səhv məlumatlar yayılır.


Medicina.az xəbər verir ki, mütəxəssislər isə deyilənlərin əksinə bu xəstələrin mütləq peyvənd olunmalı olduğunu vurğulayır.

Kardioloq Ali Metin Esen bununla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, xroniki xəstəliyi olanlar, stend qoyduranlar, hansı dərəcəli xəstə olursa-olsun mütləq kovid peyvəndi olunmalıdır: “Peyvəndin ürək xəstəliyində risk artıran heç bir özəlliyi yoxdur. Qan durulayıcı dərmanlardan istifadə etmək də peyvənd olunmağa əngəl deyil. Bundan başqa, həmin dərmanlardan istifadə vaksinin təsirini azaldacağı iddiaları da yalandır. Təəssüf ki, xroniki ürək xəstəliyi, yüksək təzyiq və 65 yaşdan yuxarı olanlar xəstəliyi ağır keçirir. Və ölüm hallarına daha çox onlarda rastlanır”.