Ürək xəstələri hansı halda kovid peyvəndi vurdura bilməz?

  • 2021.10.14 16:31
  • 2027 Baxış
Ürək xəstələri hansı halda kovid peyvəndi vurdura bilməz?
Ürək xəstələrinin 51% elə düşünür ki, əgər onda yüngül və orda ürək-damar problem varsa, ona kovid peyvəndi qəti qadağandır. Çox insan peyvəndin təsirinə dözməyəcəyini güman edir.

Lakin həkimlər ürək xəstələrinin də peyvənd vurdurmalı olduğunu açıqlayır.

Medicina.az xəbər verir ki, Rusiyanın elmi tədqiqat kardiologiya institutunun direktoru Sergey Boyçov ürək xəstələrinin hansı halda vaksin olunmamasına aydınlıq gətirib.

“Koronavirusdan ağırlaşma və ölüm ürək-damar xəstəliyi olanlarda daha çox olur, nəinki bu problemi olmayanlar. Ona görə bu qrup xəstələr birinci növbədə vaksin olunmalıdır.

Hətta ürək xəstəsi koviddən sağalsa da, sonrakı ərəfədə də mümkündür. Buna səbəb mikrotrombozların yaranmasıdır. Damarların aterosklerozu virus infeksiyasından sonra daha da kəskinləşir. İstənilən halda tromb yaranıb, sonradan qopa bilər.

Ürək xəstəliyi və ürək çatışmazlığı vaksinə əks göstəriş deyil. Əgər xəstə kəskin dekompensasiya mərhələsindədirsə, yəni xəstəlik kəskinləşib və o, xəstəxanada müalicə alır və ya əməliyyata alınacaq, bu zaman kovid peyvəndi təxirə salınır.

Xəstə evdə müalicə alırsa, sadəcə dərmanlarını qəbul edirsə, sağalıbsa, o zaman peyvəndə getmək vacibdir”.