Ürəkbulanma və yuxusuzluq varsa – Bədəndə duz artıb

  • 2023.05.05 14:39
  • 1636 Baxış
Ürəkbulanma və yuxusuzluq varsa  – Bədəndə duz artıb
Duzlu, yağlı, şirin yeməklər dadlı olsa da, orqanizm üçün zərərlidir. Çipsi, müxtəlif qəlyanaltılar, pendir, zeytun kimi qidalara aludə olmaq çox asandır. Belə qidalara öyrəşən bədən duzu tutub saxlayır.

“Medicina” xəbər verir ki, həkim – diyetoloq Nataliya Kruqlovanın sözlərinə görə, duzun qəbulu yaş hədlərinə görə dəyişir. Əgər orqanizmdə heç bir problem yoxdursa , müəyyən qədər duz qəbul etmək olar. Sutkalıq norma 5-6 qramdır.


“Orqanizmdə duzun çoxluğu ürəkbulanma və yuxsuzluğa gətirib çıxardır.

Aşağıdakı əlamətlər duzun orqanizmdə çoxluğundan xəbər verir:

Güclü susuzluq.
Tez-tez sidik ifrazı.
Artan qan təzyiqi

Yuxunun pozulması, tez-tez oyanmaq

Bəzi araşdırmalar göstərir ki, duzun həddindən artıq qəbulu baş ağrısı və ürək bulanmasına səbəb ola bilər"

Aynurə Məmmədova