Ürəkdə də xərçəng yaranır - Kamran Musayevdən açıqlama

  • 2023.02.04 16:44
  • 2929 Baxış
Ürəkdə də xərçəng yaranır  - Kamran Musayevdən açıqlama

Ürək şişləri nadir rast gəlinən, təsadüfən aşkarlanan əksər hallarda xoşxassəli olan törəmələrdir. Ürək şişləri birincili və ikincili olmaqla iki yerə bölünür. \Birincili şişlərin 80 faizi xoşxassəlidi

Embolik təzahürlərdə ağciyər arteriyasının emboliyası və ya beyin damarlarının emboliyası müşahidə oluna, daxili orqanların, koronar arteriyaların emboliyası da qeydə alına bilər. Kardiak əlamətlər daha çox aritmiyalarla qarşımıza çıxır. Təəssüf ki, bədxassəli ürək şişlərində ağciyər, beyin və sümük metastazları daha çox müşahidə olunur.


"Medicina" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu "Kardioonkologiya: Problemə müasir baxışlar" konfransında çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev "Ürəyin birincili və metastatik şişləri" mövzusunda təqdimatı zamanı deyib.

Professor bildirib ki, xəstəliyin diaqnostikasında exokardioqrafiya ən önəmli vasitədir: "Kompüter tomoqrafiyası mütləq kontrastlı olmalıdır. Xüsusilə müalicənin planlaşdırılması zamanı kardiak maqnit rezonans tomoqrafiya əvəzedilməz metoddur. Biopsiya isə nadir hallarda istifadə olunur.


Hansısa müayinə metodu nəticəsində ürəkdə törəmə qarşımıza çıxanda üç ehtimalı mütləq düşünmək lazımdır: tromb, vegetasiya və şişlər. Ürəkdə törəmə şəklində ən çox qarşımıza çıxan tromblardır. Sevindiricidir ki, ürək şişləri ən az ehtimalla təsdiq olunur".


K.Musayevin sözlərinə görə birincili ürək şişləri xoşxassəli və bədxassəli olmaqla iki yerə ayrılır. Həmin şişlərin 80 faizə yaxını xoşxassəlidir. Xoşxassəli törəmələrin təxminən yarısı miksoma adlandırılan törəmələrin payına düşür.


Miksoma daha çox ürəyin sol qulaqcığında qeydə alınır. Bundan başqa az hallarda sağ qulaqcıqda, nadir hallarda hər iki qulaqcıqda olur. Həmçinin çox nadirən, təxminən 1-2 faiz hallarda sağ və sol mədəciklərdə də rast gəlinə bilər. Qadınlarda daha çox qeydə alınır və daha çox orta yaşlarda müşahidə olunur. Ölçüləri adətən 5-8 santimetr təşkil edir. Ən böyük miksoma 16 santimetr olub. Miksomalı xəstələrin əksəriyyətində obstruktiv kardiak əlamətlər müşahidə olunur: baş dönməsi, dispnoe, öskürək, ağciyər ödemi, ürək çatışmazlığı”.