Ürəyə necə istirahət verək?

  • 2022.09.12 16:41
  • 479 Baxış
Ürəyə necə istirahət verək?

Gərgin və stressli bir işiniz varsa, zaman tapıb istirahət etmək, xüsusən də uzanmış vəziyyətdə istirahət etmək lazımdır. İstirahət etmək ürək-damar sisteminin üzərinə düşən gərginliyi aradan qaldıraraq onun işini normallaşdıracaqdır.


"Medicina" xəbər verir ki, ürək-damar uzmanı Cabir Gülmalıyev ümumiyyətlə ürəyin sağlamlığı, qan dövranının normal fəaliyyəti üçün vaxtaşırı olaraq bədənin vəziyyətini dəyişmək lazım olduğunu deyib.

"Məsələn, iş vaxtı siz uzun müddət oturmalı olursunuzsa, hər dəfə imkan olduqca ayağa qalxaraq otaqda bir qədər gəzmək, oturduqda isə ayaqlarınızın vəziyyətini tez-tez dəyişdirmək, onları büküb-açmaq, hərəkət etdirmək lazımdır.

Ürəyin normal fəaliyyəti üçün gün ərzində normal yuxu minimum 7-8 saat təşkil etməlidir. Uzun və sağlam həyat yaşamağınız üçün ürəyinizin də istirahətə ehtiyacı var!", - deyə, həkim insanları bu mövzuda diqqətli olmağa çağırıb.

Aygün M