Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyə stent qoyulandan sonra cinsi əlaqə olarmı?

  • 2025.05.09 21:59
  • 252 Baxış
Ürəyə stent qoyulandan sonra cinsi əlaqə olarmı?

İnfarkt keçirmiş və ürəyinə stent qoyulmuş kişilərin çoxunu bu sual düşündürür:

"Mən cinsi həyatımı davam etdirə bilərəmmi?”
Bu sualı həkimə belə verməyə utanır.

“Medicina” infarktdan sonra cinsi həyatın necə ola biləciyi barədə məlumatı araşdırıb.

Tibbdə cinsi fəaliyyət yüngül fiziki aktivlik hesab olunur.

Məsələn, 2-3 mərtəbə pilləkən qalxmaqla eyni dərəcədə ürəyə yük düşür.
Əgər infarktdan sonra xəstə bu cür fiziki yükə tab gətirirsə, çox zaman cinsi həyat da mümkündür.

Ürəyə stent qoyulubsa, cinsi əlaqəyə nə zaman icazə verilir?

Əgər infarktdan sonra koronar arteriyaya stent qoyulubsa və qan dövranı bərpa olunubsa;

Adətən 4–8 həftə ərzində, vəziyyət stabil olduğu təqdirdə həkim cinsi həyata icazə verir. Bu dövrdə ürəyin işləmə qabiliyyəti, təzyiq və nəbz stabilliyi yoxlanmalıdır.

Bəs nə zaman cinsi münasibət təhlükəlidir?

Əgər xəstə:

Təngnəfəslikdən əziyyət çəkirsə;
Yüngül fiziki yüklə belə yorulursa;
Təzyiqi və nəbzi nəzarətdən çıxırsa;
Bu halda cinsi fəaliyyət ciddi risk daşıyır.

Əgər xəstə həkim icazə verdikdə, cinsi əlaqəni bərpa edərsə, yenə də bu əlamətlərə diqqət yetirsin:

Cinsi münasibət zamanı aşağıdakı əlamətlər varsa, fəaliyyət dərhal dayandırılmalıdır:

Sinədə ağrı və ya sıxıntı
Güclü təngnəfəslik
Gicəllənmə və ya zəiflik hissi.
Psixoloji tərəf:

Daxili təşviş, qorxu.
Bəzi infarkt keçirmiş kişilər yaxınlıq zamanı təkrar infarkt keçirəcəklərindən qorxur.

Ona görə də:

Həkimlə açıq danışmaq

Lazım gəlsə, psixoloq və ya seksoloq dəstəyi almaq

Partnyorla dürüst ünsiyyət qurmaq lazımdır.

Beləliklə, İnfarkt – cinsi həyatın sonu demək deyil. Həkimlə riskləri dəyərləndirib, bu aktı yavaş-yavaş bərpa edə bilərsiz.

MEDİCİNA.AZ