Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyimizi necə sağlam saxlayaq? - Alman preparatı

  • 2021.07.16 15:48
  • 3167 Baxış
Ürəyimizi necə sağlam saxlayaq? -  Alman preparatı
Ürək-damar xəstəlikləri inkişaf etmiş ölkələrdə geniş yayılıb. Statistikaya görə, bütün ölümlərin yarısı və əlilliyin üçdə biri ürək-damar xəstəliklərilə bağlıdır.

Ürək-damar xəstəliklərindən ölüm səbəbləri arasında birinci yeri ürəyin işemik xəstəliyi (ÜİX) təşkil edir (təxminən 50%-i). Daha çox kişilərdə rast gəlinir.

Aşağıdakılar ürək xəstəlikləri üçün risk faktorları hesab olunur:

• Zərərli vərdişlər (tütün, alkoqol)
• Piylənmə, xüsusən qarın nahiyəsində
• Fiziki aktivliyin az olması
• Yanlış qidalanma
• İrsi meyillik
• Yanaşı gedən xəstəliklər, diabet, hipertenziya

ÜİX-nın əsas siptomları:

• Təngnəfəslik
• Angina pectoris (döş sümüyü arxasında ağrı)
• Hipertenziya
• Aritmiya və s.

Ürək-damar xəstəlikləri və ya koronar ürək xəstəliyindən risk qrupunda olanlar vaxtında müayinədən keçməlidir, həyat vərdişlərini dəyişməlidir. Unutmayaq ki, profilaktika müalicədən asandır.
ÜİX zamanı biotənzimləyici Cralonin preparatından geniş istifadə olunur.
Cralonin preparatı yalnız simptomlara deyil, ÜİX - nə gətirən səbəblərin aradan qaldırılmasına təsir göstərir. Cralonin preparatı təhlükəsizdir və effektivdir, kimyəvi preparatların dozasını azaltmağa kömək edir.

Preparatın tərkibinə aşağıdakı komponentlər daxildir:
Crataegus: lipid mübadiləsinə təsir edir.

Hipolipidemik aktivliyə malikdir və aterosklerozun inkişafında əsas patofizioloji amil hesab olunan aşağı sıxlıqlı lipoproteidlərin oksidləşməsini inhibə edir.

Spigelia anthelmia: aritmiyalarda, ürəkdə deşici ağrılar zamanı, stenokardiyada istifadə olunur.
Kalium carbonicum: ürəkdə deşici ağrılar, aritmiyalar, ümumi zəiflikdə göstərişdir.

Cralonin preparatı tərkibindəki bitki və mineral komponentlərinə əsasən aşağıdakı effektləri göstərir:

• Koronar qan dövranını yaxşılaşdırır
• Ürək ritmini normallaşdırır
• Arterial təzyiqi requlə edir
• Ağrını azaldır
• Sakitləşdirici effektə malikdir
• Uzunmüddətli istifadə zamanı və ya dozanı aşdıqda toksiki təsir göstərmir.
• Antianginal, hipotenziv, antiaritmik preparatlarla kombinasiyada istifadə edilə bilər.
• Kompleks terapiyanın tərkibində Cralonin-nin istifadəsi pasientin ürək-damar sisteminə təsir edən ənənəvi preparatlara ehtiyacını azaldır, bu isə öz növbəsində həmin dərmanların dozasını azaltmağa imkan verir.

Preparat damcı şəklində buraxılır: standart doza 10 damcı gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra.

Kəskin hallarda 10 damcı hər 15 dəq. bir 2 saat ərzində