Ürəyimizin qocalıb-qocalmadığını necə bilmək olar? – Kardioloq sirri açdı – VİDEO

  • 2023.05.15 15:26
  • 5098 Baxış
Ürəyimizin qocalıb-qocalmadığını necə bilmək olar?  –   Kardioloq sirri açdı   – VİDEO
Bizim ürəyimiz yeganə orqandır onun işi avtonomdur. O, müstəqil fəaliyyət göstərir. Bizim gecə -gündüz fasiləsiz olaraq işləyən bir orqanımız var ki, o da ürəkdir.


“Medicina” açıqlamasında kardioloq, dosent Arzu Bəydəmirova ürəyin müayinə və müalicəsində vacib məqamlardan danışıb.


"Təzyiqin, ürək xəstəliklərinin müalicəsində dərman təyini zamanı yaş, cins və digər amilər nəzərə alınmalıdır. Nə ediriksə edək, özümüzə zərər verəcək bir şey etməyək.


Mən həmişə qeyd edirəm ki, nə edirsizsə edin, özünüzə ziyan verəcək bir şey etməyin.

Qadınlara müalicə ilə yanaşı dieta dedikdə, nəyisə qadağan etdikdə onu qəbul edir. Amma kişilərə deyəndə, içki olmaz, yağlı yemək olmaz, qızardılmış yox, soyutma ye, deyir, həkim onda mən heç nə yeməyim, acından ölüm. İnsan var, deyir, mən axşam 6-dan sonra yemək yeyirəm, gündüz vaxtım olmur.

O zaman ağır, yağlı yeməklərdən uzaq durun. Dietik qidalar nə qədər istəyirsiz yeyin. Qidanın hazırlanması da önəmlidir. Qızartma ilə soyutma eyni deyil.

Kardioloji problemi olan insanlar günün ikinci yarısı orqanizmi qida ilə yükləməməldir.

Təzyiqin, ürək xəstəliklərinin müalicəsində istifadə edilən dərmanların da bəzən qadın-kişi üçün fərqi olur. Məsələn, 18 yaşına qədər beta blokatorları oğlanlara təyin etmək olmaz. 18 yaşdan yuxarı olar. Yaşlı kişilərə diuretiklər –
sidikqovucular təyin etmək məsləhət deyil. Algesteron antoqonistlərini biz yaşlı kişilərə vermirik, yan təsirləri çoxdur”.


Həkim ürəyin MRT oluna bilməsindən də danışıb.

“Miokardın hansı yaşda olmasını, qocalmasını diaqnostik olaraq radioloji müayinə - ürək MRT-si göstərə bilər. Ürək təkcə EKQ ilə müayinə olunmur. Bu da önəmlidir”.

Aygün Musayeva