Uşalıqdan əzələ zəifliyi ciddiyə alınmayan əlamətlərdəndir. Bir çox valideynlər ciddi xarici əlamət görmədiyi üçün uşağın əzələlərində problem olmadığını düşünür.
“Medicina” xəbər verir ki, uzman fizioterapist Sənan Cəfərov hətta qarın getməsinin də əzələ zəifliyindən ola biləcəyini deyib.
“Əzələ zəifliyi bir çox xəstəliklərə gətirib çıxarır. Anası fərqin deyil. Əgər uşağın qarnı gedirsə, yoxlanılırsa, heç nə çıxmırsa, deməli səbəb odur. Valideynlər çox sual verir, mənim uşağım biyə belədir. Onun cavabı əzələdədir.
Əzələ zəifliyində masaj da olmaz. Bu da bir səhv yanaşmadır, uşağı masaja aparırlar. Peşəkar fizoterapevtdən müayinə almadan masaja aparmayın”.
Aygün Musayeva