Uşağın qulağından muncuq çıxdı - Həkimdən xəbərdarlıq-VİDEO

  • 2026.02.25 14:39
  • 185 Baxış
Uşağın qulağından muncuq çıxdı -  Həkimdən xəbərdarlıq-VİDEO

Bakıda uşağın qulağından muncuq çıxıb.

Medicina.az xəbər verir ki, bununla bağlı lor, üz estetik cərrahı Qəhrəman Qəhrəmanov paylaşlm edib:

"Bəzən uşaqlar qulağına, burnuna və ağzına xırda əşyalar salır. Muncuq, oyuncaq detalı, toxum və s. Bu, əvvəlcə hiss olunmaya bilər. Uşaq sadəcə pis eşidirəm deyər. Belə yad cisimlər, qulaq yolunu bağlayır, iltihaba səbəb olur, infeksiyaya və ağrıya gətirib çıxarar. Əgər uşaq birdən eşitmədiyini deyirsə, qulağı ağrıyırsa, axıntı və qoxu varsa,gözləməyin. Özünüz çıxarmağa çalışmayın. Vaxtında həkimə müraciət edin, bir neçə dəqiqəlik baxış böyük problemin qarşısını ala bilər", - deyə həkim xəbərdarlıq edib.


Aygün
Medicina.az