ABŞ-ın Ohayo ştatında 35 yaşlı Tiffany Le Sueur öz uşağının damarına nəcisli sistem köçürdüyünü etiraf edib.
Bu barədə Fox 10 məlumat verib.
Medicina.az xəbər verir ki, xəstəxana işçiləri Sueurun damarına bir şey yeritmək üçün şprisdən istifadə etdiyini müşahidə ediblər. Onlar maddəni digər görüntülərdən müəyyən ediblər. Görüntülərdə qadın tualetdən bir fincan nəcislə çıxıb. Daha sonra onu şprisə çəkib uşağın otağına gedir.
Hadisə dərhal polisə bildirilib və Sueur ciddi nəzarət altına alınıb. 8 fevralda o, eyni hərəkəti təkrarlayıb. Uşağa təcili yardım göstərilib və qadın saxlanılıb.
Növbəti məhkəmə iclası 2027-ci ilin aprel ayına təyin edilib.
Aygün Musayeva