Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağı, istədiyi keyfiyyətsiz qidalardan belə uzaqlaşdırın - Psixoloqdan TÖVSİYƏ

  • 2018.04.20 15:30
  • 15995 Baxış
Uşağı, istədiyi  keyfiyyətsiz qidalardan belə uzaqlaşdırın - Psixoloqdan  TÖVSİYƏ
Bu gün dünyada 117 milyon uşaq köklükdən əziyyət çəkir. Səbəbi isə süni qidalardı.


Valideynlər uşağı mümkün qədər təbii qidalandırmağa çalışsa da, hər gün efirdə gördüyü süni qida reklamları uşaqları cəlb edir.

 

Bir çox uşaq məhz reklamda təklif edilən qidalarla qidalanmaq istəyir, bu da onların orqanizmində problem yaradır. Fast-Food - hamburger, çipsi, sendviç, çizburger, dönər kimi süni qidalar, bir çox kimyəvi içkilər uşaqlar üçün əsas qida vasitəsinə çevrilib.

 

Psixoloqlar bildirir ki, uşaqların reklamda gördüklərini tələb etməməsi və reklamın yalançı təsiri altına düşməmələri üçün onlara reklamın göstərilmə səbəbini və məqsədini anlatmaq lazımdır. 8 yaşadək olan uşaqların televiziya reklamlarında gördüyü hər hansı bir mövzu ətrafında analiz etmək qabiliyyətini ona böyüklər öyrətməlidir. Onları başa salmaq üçün isə, efirdə reklam gedən anda ona münasibət bildirmək olar.

 

Məsələn, tutaq ki, hər hansı bir şokaladın reklamı verilir və övladınız reklama aludə olub orada səsləndirilən "onu yeyəndə uşaqlar güclənir” kimi sözləri təkrar-təkrar deyir. Siz isə övladınızın ifrat dərəcədə şokalad sevgisinin qarşısını almaq məcburiyyətindəsiniz. Bunun üçün "bu şokaladın səni gücləndirəcəyinə əmin ola bilmərik, sən onu yeyəndə üzündə qırmızı ləkələr də əmələ gələ bilər. Səhər yeməyində yediyin bal və pendir səni daha güclü edir, inanmırsan yoxlayaq”.

 

Uşağın bacara biləcəyi bir oyun təşkil edin, onun qalib gəlməsinə müvəffəq olun və ona sübut edin ki, səhər yediyi təbii pendir, meyvə və bal həqiqətən də ona güc verib.(Moderator.az)