Uşağın kəsilmiş əlini ayağına tikdilər - Fantastik əməliyyat FOTO

  • 2017.10.16 10:15
  • 24317 Baxış
Uşağın kəsilmiş əlini ayağına tikdilər - Fantastik əməliyyat  FOTO
Çin cərrahları unikal əməliyyat həyata keçiriblər.

Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, amputasiya olunmuş uşaq əlini yenidən bərpa ediblər. Bu prosesin qeyri-adiliyi ondadır ki, həkimlər həmin əli əvvəlcə uşağın ayağına tikiblər. 

 

Hadisənin təfərrüatı belə olub:  

Çində Min Lİ adlı məktəbli qız səhər dərsə gedərkən yolda traktorun altında qalıb və onun sol qolunu demək olar ki tam qopub. Eyni zamanda qol, çiyin o dərəcədə əzilib ki, qolu yenidən yerinə tikmək mümkünsüz olub. Buna görə də çinli cərrahlar maraqlı metod seçiblər:  amputasiya olunmuş əli qızın ayağına tikirlər ki, əl tədricən regenerasiya olunsun.

 

3 ay sonra çiyin və qol bərpa olunandan sonra cərrahlar həmin əli yenidən öz yerinə tikirlər. 2 il sonra Mİn Li normal qol və əli ilə həyatına davam edir. 

 

Aygün Musayeva