Uşaq yataqda telefonu doldurarkən tok vurdu

  • 2025.12.12 00:06
  • 69 Baxış
Uşaq yataqda telefonu doldurarkən tok vurdu


7 yaşlı Lorenzo Lopes elə yataqdaca axşam telefonunu elektrik enerjisi ilə doldurarkən, cərəyan vurmasından az qala öləcəkdi.

“Medicina” xəbər verir ki, ABŞ-ın Kanzas ştatının Viçita şəhərində yaşayan uşaq sakin boynuna taxdığı boyunbağı uzatma kabeli ilə şarj cihazının arasında qaldığını deyir.

Dəhşətlisi odur ki, onu elektrik cərəyanı vurub və yalnız möcüzə nəticəsində boynundan boyunbağını qoparmağı bacardı. Lorenzo xatırlayır ki, o anda heç nəyi düşünməyib . Həkimlər sonradan təsdiqlədilər ki, oğlan zinət əşyalarından qurtulmasaydı, ölə bilərdi.

Xəstəxanaya yerləşdirilən Lorenzoya başından və ayaqlarından dəri transplantasiyası etdirməli oldular. Xeyirxah insanlar ianələr vasitəsilə xəstənin anasına müalicə xərclərini ödəməyə kömək etdilər. İndi o, bütün valideynləri ayıq olmağa və uşaqlarının yataqda telefonlarını doldurmasına icazə verməməyə çağırır.

Aygün Musayeva