Uşaqda yüksək təzyiqin səbəbi

  • 2024.01.17 17:58
  • 1787 Baxış
Uşaqda yüksək təzyiqin səbəbi
Uşaqda da təzyiq olar düşünən valideynlər bilməlidir ki, hazırda uşaqlar arasında xroniki xəstəliklərin tezliyi artıb.


“Medicina” xəbər verir ki, rusiyalı məşhur həkim Aleksandr Şişonin uşaqlarda təzyiqin “oynamasının” səbəblərini açıqlayıb.

“Səbəb gizli qalmış doğuş travmalarıdır.

ÜST rəsmi statistikasına görə, 75% yenidoğulmuşlar belə travma alır.

Uşaqda ana bətnindən beynin qidalanması çox vacibdir.

İlk dəfə bu nəzəriyyətni məşhur uşaq nevroloqu Aleksandr Ratner praktikada sübut edib.

Onun kafedrasında doğuş travmasından mərkəzi sinir sistemi zədələnmiş uşaqları müalicə edirdilər.

Uşağın bütün sinir sisteminin inkişafı beynin və beyin kötüyünün qan dövranının necə olmasından asılıdır.

Həm zehni, həm fikizi inkişaf üçün bu vacibdir. Uşağın kəllə quruluşu da bunu göstərir. Onun kəlləsi və başının arxasında beyin kökü olan hissə böyüklərdən belə daha iri ölçüdədir.

Beyində hətta cüzi belə qan dövranı pozulması uşağın inkişafını pozur.

Məhz doğuş travmaları uşaqda nitq, boy, psixi inkişafın qarşısını alır, hipertoniya, təzyiq, hətta diabet xəstəliyinə səbəb olur. Beyinə oksigen yaxşı çatmadıqda, beyin təzyiqi və qanda şəkəri qaldırır ki, beyinə qan normal çata bilsin.

Həkimlər isə uşaqda təzyiqin səbəbini axtarmır və sadəcə təzyiq dərmanları yazır”.

AYGÜN