Uşaqlar arasında virusun yayılmasının səbəbi açıqlandı

  • 2018.01.15 16:21
  • 16803 Baxış
Uşaqlar arasında virusun yayılmasının səbəbi açıqlandı
Azərbaycanda uşaqlar arasında mövsümlə bağlı soyuqdəymə xəstələrinin sayı artıb.


Medicina.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Respublikanın baş pediatrı, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.


"Müxtəlif viruslar var ki, onlar uşaqlar arasında yuxarı tənəffüs yollarının iltihabını törədir. Ümumilikdə, bu gün ölkədə virusun törətdiyi epidemiya yoxdur”.


Baş pediatr qeyd edib ki, xəstəliklər arasında ilk sırada tənəffüs yollarının xəstəliyi gəlir: 


"İkinci yerdə perinatal dövrdəki xəstəlik, sonrakı yerdə isə infeksion, anadangəlmə inkişaf qüsurları və digərləri yer alır”.


Son illər əkiz, üçəm və çoxdöllü hamiləliyin sayında artım olduğunu deyən N.Quliyev bunun səbəbini süni mayalanma ilə izah edib.