Uşaqlar arasında xəstəliklər artıb- ÜST-dən xəbərdarlıq

  • 2022.12.27 15:46
  • 2377 Baxış
Uşaqlar arasında xəstəliklər artıb - ÜST-dən xəbərdarlıq


Böyük Britaniya, Niderland, ABŞ, Fransa və İsveç daxil olmaqla, bir sıra ölkələrdə respirator xəstəliklərinin güclü artımı müşahidə olunub.

"Medicina" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı uşaq xəstəlikləri üzrə eksperti Uilson Uer məlumat verib.


Onun sözlərinə görə, bu, xəstəliyə səbəb olan virusların dəyişməsi və bəzi uşaqlarda buna qarşı immunitetin olmaması ilə əlaqədardır:

“Uşaqlar, xüsusən də 10 yaşdan kiçik olanlar arasında respirator xəstəliklərində artım müşahidə edirik”.


O deyib ki, bu xəstəliklərdən qorunmaq üçün ilk növbədə gigiyenaya riayət etmək, həmçinin burun və ağız nahiyəsini maska ​​və ya parça ilə örtmək lazımdır.