Uşaqlar dırnaqlarını niyə yeyir?

  • 2017.11.16 15:53
  • 26241 Baxış
Uşaqlar dırnaqlarını niyə yeyir?
Əksər uşaq dırnaq yeməyi vərdiş halına gətirib. Valideynlər isə bu vəziyyətdən olduqca narahat və şikayətçidirlər .

 

Bəs bu vərdiş necə tərgidilməli?


Medicina.az xəbər verir ki, bəzi insanlar uşaqların yaşları kiçik olduğuna görə mövcud vəziyyəti anlamayacaqlarını və ya çox diqqət yetirməyəcəklərini düşünürlər.


Nəzərinizə çatdıraq ki, azyaşlılar da keçirdikləri stressə görə dırnaq yeyirlər. Gərginlikdən yaranan vərdişlərin nəticəsində bu hal onlarda daimi olaraq qala bilər.


Ailə içində şiddətli mübahisələr, yaxınlarının həyatdan köçməsi, məktəbdə yaşanılan sıxıntılar azyaşlılarda gərginlik yaradır. Onlar isə bu vəziyyətə dırnaqlarını yeyərək reaksiya göstərirlər.


Uşaqlarınız ilə danışmağa üstün verməlisiniz. Onlardan qorxularını soruşa bilərsiniz. Əgər dırnaqlarını hansı səbəbdən yediyini bilirsinizsə, həmin problemi ən qısa zamanda həll etməlisiniz. Uşaqlarınızı cəzalandırmaq yerinə, onları problemin həll yolu olduğuna inandırın.  Əgər valideyn olaraq həll edə bilmirsinizsə, o zaman psixoloqa müraciət etməlisiniz.