Uşaqlar TƏHLÜKƏDƏ: Professordan mutasiya ilə bağlı AÇIQLAMA

  • 2020.12.22 09:09
  • 1780 Baxış
Uşaqlar TƏHLÜKƏDƏ:  Professordan mutasiya ilə bağlı AÇIQLAMA

İngiltərədə üzə çıxan və bir çox ölkələrə yayılan mutasiyaya uğramış koronavirusla bağlı qorxulu məqam üzə çıxıb.

"Son Dakika"nın məlumatına görə, ingilis Prof.Dr.Neil Ferquson yeni virusun uşaqlara yoluxma riskinin yüksək olduğunu açıqlayıb.

Ferquson uşaqların mutasiya uğrayan virusa qarşı daha az dayanıqlı olduqlarına dair ipucunun olduğunu iddia edib.

Bildirək ki, yeni növ koronavirus bu günə qədər İngiltərə, Ukrayna, Danimarka, Niderland, Avstraliya, İtaliya və Cənubi Afrikada tapılıb./Publika.az