Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlara jest dili nə üçün öyrədilməlidir?

  • 2018.03.19 11:35
  • 17063 Baxış
Uşaqlara jest dili nə üçün öyrədilməlidir?
İşarə dili təkcə eşitmə duyğusunda problemi olan insanlarda yox, sağlam olan körpə və uşaqlar baxımından da olduqca mühümdür.


Medicina.az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalar göstərir ki, körpə işarə dilinin beyin və dil bacarığının inkişafı məsələsində olduqca təsirlidir.

 

Bəs faydaları nələrdir?


Körpə, uşaq və böyüklərə görə qruplara bölünən işarə dili təhsili, xüsusilə də danışmağa başlamayan uşaqlara çox faydalıdır.


Başa salmaq istədiyi şeyləri işarələrlə ifadə edə bilən körpələr anaları ilə olan ünsiyyətlərini həddən artıq gücləndirə bilirlər.


Uşaq işarə dilinin faydaları aşağıdakılardır:


1- Həmyaşıdlarına nisbətən daha erkən dövrdə danışmağa başlayırlar.


2- İki yaşından əvvəl uzun cümlələr qura bilirlər.


3- Zəka inkişafına töhfə verir.


4- Duyğularını işarələrlə göstərə bilir və ondan gözlənilən şeylər müqabilində hərəkətlərini idarə edə bilir.


5- Söz xəzinəsi fərq olunan dərəcədə artır.