Uşaqlara parasetamol əvəzinə nə verək?

  • 2023.02.23 14:55
  • 7301 Baxış
Uşaqlara parasetamol əvəzinə nə verək?

Körpənin dünyaya gəlməsi hər bir ailə üçün böyük xoşbəxtlikdir. Bütün valideynlər övladlarının həmişə ən yaxşı olmasını arzulayır. Budur, uşağınız soyuqlayıb, ağlayır, gecələr yatmır və artıq valideyn təlaş içindədir «Мən indi ona necə kömək edim və eyni zamanda zərər verməyim?». Həmişə yadda saxlamaq lazımdır ki, uşaq sağlamlığının bünövrəsi körpəlikdən qoyulur.

Bioloji Təbabət bir sıra uşaq problemlərinin həllində mükəmməl köməkçidir. Çünki, bu müalicə üsulunda istifadə olunan dərman preparatları təbii tərkibə malik olduğundan istifadəsi yan təsir vermir. Təsirinin əsasında isə orqanizmin müdafiə gücünün aktivləşdirilməsi durur. Məhz bu səbəbdən Avropada valideynlərin 80%-i uşaqlarının bioloji preparatlarla müalicə olunmasını istəyir.

"Medicina" xəbər verir ki, hər bir valideyn uşağının gündəlik həyatında soyuqdəymə, qarında sancı, dişçıxarma zamanı və peyvənddən sonra meydana çıxan hallarla tez–tez rastlaşır. Adətən bu hallar ağlağanlıq, yuxu pozulması, ishal, hərarətin yüksəlməsi və s. kimi əlamətlərlə təzahür edir. Bəs biz valideynlər nə edirik?

Dərman preparatları veririk ki, bunlar əsasən parasetamol tərkibli olur və hesab edirik ki, parasetamol təmamilə zərərsizdir. Həqiqətən bu belədirmi? Gəlin elm adamlarının kəşfindən başlayaq. Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, parasetamol hətta ən kiçik dozalarda belə allergik xəstəliklərin, astmanın yaranmasına səbəb ola bilər.

Ən təhlükəlisi ondan ibarətdir ki, parasetamol qaraciyəri zədələyir və bu kəskin qaraciyər xəstəliklərinin meydana çıxmasında ən çox rast gəlinən səbəbdir. Uzunmüddətli və tez–tez istifadəsi mədə–12-barmaq bağırsaq xorasının, hətta mədə qanaxmasına gətirib çıxardır. Təsadüfi deyil ki, hələ təkcə ABŞ – da hər il parasetamol qəbulundan 450 nəfər həyatını itirir və minlərlə insan xəstəxanaya düşür. Bu problemi aradan qaldırmaq üçün ABŞ-ın dərman maddələri və qida əlavələri üzrə komissiyası FDA parasetamolun yol verilən istifadə dozasını azaltmağı qərarlaşdırdı. Unutmayın ki, uşaq orqanizmi hələ təzə formalaşır, bu cür preparatların gələcəkdə bir sıra xronik xəstəliklərin yaranmasına zəmin yaradır.

Bəs İnteqrativ Təbabət bu problemi necə həll edir?

Alman həkimləri apardıqları tədqiqatlarla sübut etdilər ki, tam təbii tərkibə malik VİBURCOL preparatı parasetamolun ən mükəmməl analoqudur. Parasetamoldan fərqli olaraq, VİBURCOL bitki və mineral tərkiblidir. Ona görə də bu preparat orqanizmə zərərli təsir göstərmir, heç bir əks-göstərişi və yaş məhdudiyyəti yoxdur. VİBURCOL Almaniyada xüsusi texnologiya ilə hazırlandığından və mikrodoza prinsipinə əsaslanan yüksək mənimsənilmə, güclü təsir xüsusiyyətinə malik olduğundan adi bitki tərkibli preparatlardan fərqli olaraq ağır və xronik i(uzunmüddətli) xəstəliklərin müalicəsində uğurla istifadə olunur.

Belə ki,
VİBURCOL

• sakitləşdirici
• iltihabəleyhi
• immun sistemin tənzimləyicisi
• müxtəlif növ sancılarda spazmolitik
• qızdırmasalıcı preparat kimi istifadə olunur.

Belə ki, preparat müxtəlif növ infeksiyalarda intoksikasiya əlamətlərinin aradan qaldırılmasına kompleks təsir göstərir.
VİBURCOL şamları hesabına uşağınız hətta yüksək hərarətdə oynayacaq və yeməkdən imtina etməyəcək. Bu əvəzsiz vasitə ağrını kəsir, sakitləşdirir və rahat gecəni təminrahat edir.

VİBURCOL şamlarından nə vaxt istifadə edə bilərsiniz?

• dişçıxarma ilə əlaqədar narahatlıqlarda
• peyvənddən sonra
• qəbizlik və müxtəlif növ sancılarda
• dəcəl və yüksək aktiv uşaqların sakitləşdirilməsində
• baş ağrısı zamanı

VİBURCOL şamının təkibi:

Calcium carbonicum Hahnnemani – istridiya adlı dəniz molyusku balıqqulağının orta qatından əldə edilir. Gec diş çıxardan, raxit xəstəlyi keçirən, sümük inkişafının pozulduğu uşaqlarda unikal vasitədir.

Plantago major – gecə sidiksaxlama ilə bağlı problemlərin aradan qaldırılmasında geniş istifadə olunur.

Chamomilla – xüsusən dişçıxarma zamanı yaranan və yaşılımtıl rəngli nəcis ilə müşayət olunan ishallarda əvəzolunmaz vasitədir. Həmçinin sakitləşdirici effektə malik olub müxtəlif növ sancıların müalicəsində istifadəsi ilə tanınır.

Dulcamara – angina və tonzillit zamanı iltihabi prosesləri aradan qaldırır.

Belladonna – hərarətin yüksəlməsi ilə müşayət olunan iltihabi xəstəliklərin müalicəsində təyin edilir.

Pulsatilla – yuxusuzluq, ağlağanlıq, sinir pozulmalarının müalicəsində effektiv vasitədir. İstifadə qaydası: 6 aya qədər -½ şam,

6 aydan yuxarı - 1 şam gündə 2-3 dəfə düz bağırsağa qoyulur.