İmmun çatışmazlığı uşaqlar arasında düşünüldüyündən daha çox rast gəlinir.
Medicina.az xəbər verir ki, türkiyəli həkim Demet Hafızoğlu immun çatışmazlığı ilə bağlı valideynlərə xəbərdarlıq edib.
Həkim, tez-tez infeksiyaya yoluxan uşaqların mütləq immun sistemi baxımından qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
ƏGƏR BU ƏLAMƏTLƏR VARSA, MÜTƏXƏSSİSƏ MÜRACİƏT EDİN
Dr. Hafizoğlu deyib:
“İldə iki dəfədən çox qulaq infeksiyası keçirən, təkrarlayan pnevmoniya, tez-tez ishal, dəridə çiban kimi infeksiyalar və ya göbələk infeksiyası olan uşaqların immuniteti yoxlanılmalıdır".
Həkim profilaktik antibiotiklərin düzgün tətbiq edildiyi təqdirdə uşaqların həyat keyfiyyətini xeyli yaxşılaşdırdığını söyləyib.
Aygün
Medicina.az