Uşaqlarda iştahsızlıq və yuxusuzluğun az bilinən səbəbi - Valideynlər, DİQQƏT

  • 2021.02.08 13:19
  • 1774 Baxış
Uşaqlarda iştahsızlıq və yuxusuzluğun az bilinən səbəbi -  Valideynlər, DİQQƏT
Uşaqlarda iştahsızlıq, yuxusuzluq, yaddaş problemi və davranış pozuntularının səbəblərindən biri də serotonin hormonunun aşağı səviyyədə olmasıdır.

Medicina.az xəbər verir ki, uşağın aqressiv davranışları, qəzəbli olması, altını islatması, qarın ağrısı və mədə bulanması kimi simptomlar belə xoşbəxtlik hormonunun yetərincə olmaması deməkdir.

Bəs valideynlər serotonin səviyyəsinin yüksək olması üçün nə etməlidir?

Həkimlər qeyd edirlər ki, bunun üçün ilk öncə təzyiqin və şiddətin olmadığı ailə ortamı lazımdır. Çünki xoşbəxt olmayan ailə ortamı uşağın davranışına da mənfi təsir edər.

Bunlarla yanaşı, sağlam qidalanması və yuxusu, idmanla məşğul olması, günəşlə birlikdə yetərincə aldığı D vitamini də serotonin səviyyəsinin yüksəlməsinə kömək edə bilər. Amma serotonin bəsləyən ən güclü qida “sevgi və güvən”dir.

Aygün Nəbiyeva