Uşaqlarda koronavirusun ilk simptomları: Valideynlər DİQQƏT!

  • 2021.05.03 22:00
  • 1767 Baxış
Uşaqlarda koronavirusun ilk simptomları:  Valideynlər DİQQƏT!
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov uşaqlarda yeni növ koronavirus infeksiyasının ağır formasının inkişafını göstərən bir sıra simptomları açıqlayıb.

Medicina.az Publika.az-a istinadən xəbər verir ki, A.Qorelovun sözlərinə görə, təngənəfəslik, bir neçə gün davam edən hərarət, eləcə də səpki ağır COVID-19 əlaməti ola bilər.

“Uşaqda təngənəfəslik və 3 gündən çox davam edən temperatur narahatçılığa səbəb olan əsas simptonlardır. Bu dəyişikliklər ağırlaşmanın əlamətləri, eləcə də çox iltihablı sindrom ola bilər”, - həkim “RİA Novosti”-yə verdiyi müsahibədə bildirib.

Mütəxəssis eyni zamanda səpkilərə diqqət yetirməyi tövsiyə edib.

Həkim əksər hallarda uşaqlarda koronavirus infeksiyasının daha yüngül keçdiyini vurğulasa da, ağırlaşma riskinin ola biləcəyini istisna etməyib.