Uşaqlarda nitq geriliyi - Nə zaman danışmalıdırlar?

  • 2025.09.04 11:07
  • 208 Baxış
Uşaqlarda nitq geriliyi -  Nə zaman danışmalıdırlar?

Hər bir uşaq fərqli inkişaf edir. Bəziləri 10 aylığında ilk söz deyir, bəziləri isə 1,5 yaşında.

Medicina.az uşaqlarda danışıq mərhələlərini təqdim edir:



• 0–6 ay – körpə səs çıxarır, qığıldayır, gülür, müxtəlif səslərlə oynayır.
• 6–9 ay – "ba-ba", "ma-ma", "da-da" kimi sadə hecalar təkrar etməyə başlayır.
• 9–12 ay – ilk sadə sözlər ("ana", "ata", "ver", "yox") çıxa bilər.
• 12–18 ay – söz ehtiyatı sürətlə artır, uşaq 5–20 söz işlədə bilər.
• 18–24 ay – iki sözlü sadə cümlələr ("ana gəl", "su ver") qura bilir.
• 2–3 yaş – danışıq daha aydın olur, 200-300-dən çox söz bilir, 3–4 sözlü cümlələr qurur.
• 3–4 yaş – suallar verir, hadisələri danışır, başqaları artıq yaxşı başa düşür.

Əgər 18 aylığa qədər uşaq heç bir söz demirsə və ya 2 yaşında sadə cümlələr qura bilmirsə, həkim (uşaq nevroloqu və ya loqoped) ilə məsləhətləşmək faydalıdır.

Aygün
Medicina.az