Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqların ən çox zədə aldığı idman növləri - Düzgün seçimi necə etməli?

  • 2018.03.29 15:19
  • 25382 Baxış
Uşaqların ən çox zədə aldığı idman növləri -  Düzgün seçimi necə etməli?
İdman zamanı xəsarət almaq əksər insanın yaşadığı problemdir. Bu vəziyyət qısa müddət üçün həmin hərəkətlərdə məhdudiyyət yarada bilər və ya uzunmüddətli olaraq ciddi zədələrə və qalıcı problemlərə yol aça bilər.


Uşaqların ən çox yaralandığı idman növləri açıqlanıb.


Medicina.az xəbər verir ki, türk mütəxəssis Qəmzə Şənbursa zədələnmə hadisələrinin ən çox futbol, həndbol və güləşdə olduğunu deyib. 

Onun sözlərinə görə, qızlar, oğlan uşaqlarına nisbətən daha çox yaralanırlar.


Məlumata görə, gimnastika son dövrdə ailələr tərəfindən tez-tez seçilən idman növüdür. Sağlamlıq cəhətdən isə bir çox faydaları mövcuddur.

Araşdırmalara görə, gimnastika ilə məşğul olan uşaqların 65 faizi əl biləyindən zədələnir. 82 faizində isə əl biləyi ağrısı təsbit edilib. 

Ən çox zədələnmə hadisələri isə futbol, hendbol və güləşdə baş verir.

 

 


Mütəxəssislər uşaqların aşağı ətraf nahiyələrinin yuxarı ətrafa nisbətən daha çox zədə aldığını deyir. Futbol, həndbol kimi idman növləri uşaqlarda daha çox diz yaralanmalarına səbəb olur. Həmçinin belə zədələrə ayaq biləyi də daxil edilir.


Ən az yaralanma isə üzgüçülük, su topu, tennis və qolf oyunları zamanı baş verir.


Bu oyunların hamısı yumşaq tərz idman növlərinə daxil edilir.


Yeniyetmələr üzərində aparılan araşdırmalar zamanı isə maraqlı nəticələr ortaya çıxıb.

Üzgüçülüyün vücud assimetriyası və beldə donqarlığı artırdığı, gənc qızlarda isə bel ağrısı yaratdığı təsbit edilib.

 



 

Bəs uşaqlar hansı idman növü ilə məşğul olmalıdırlar?


Mütəxəssislər bu barədə valideynlərə xəbərdarlıq edirlər.


"Uşaqların məşğul olduqları idman növündən asılı olmayaraq vücudun estetikliyi, qüvvətliliyi nəzərə alınmalıdır. Bunlar hamısı tənzimlənməlidir.

Uşağın ehtiyacına və bədən quruluşuna görə idman növü seçilməlidir. Həmçinin hər insanın özünəməxsus məşq dərsləri tərtib edilməlidir”, - deyə ekspertlər bəyan edib.

 

Şəhanə Quliyeva
Uşaqların ən çox zədə aldığı idman növləri -  Düzgün seçimi necə etməli?
Uşaqların ən çox zədə aldığı idman növləri -  Düzgün seçimi necə etməli?