Uşaqların qaraciyərinə zərər verən Qidalar

  • 28 May 2021 17:32
  • 1825 Baxış
Uşaqların qaraciyərinə zərər verən    Qidalar

İtaliya mütəxəssisləri araşdırma nəticəsində aşkar ediblər ki,bəzi qidaların qəbulu uşaqlarda qaraciyərin sıradan çıxmasına gətirib çıxarır.

Belə ki, şirin qazlı içkilərin, pizzanın, peçenye və yoqurtların tez-tez qəbulu uşaqların qaraciyərinə çox mənfi təsir edir və onlarda bir çox qaraciyər xəstəliklərinin riskini artırır.


Medicina.az xəbər verir ki, alimlər xüsusilə vurğulayır ki, qidalanmada fruktozanın (peçenye, yoqurtlar və s. şirin qidaların tərkibində var) artıqlığı orqanizmdə sidik turşusunun miqdarını artırır ki, bu da qaraciyərin hüceyrələrinə (hepatosirlər) mənfi təsir edir, qaraciyərin piylənməsinə yol açır.

Qaraciyərin piylənməsi olduqca təhlükəli xəstəlikdir ki, inkişaf etikcə bu xəstəlik qaraciyər sirrozunun inkişafına gətirib çıxardır.