Uşaqlıq depressiyasında əsas amil nədir?

  • 2026.08.03 17:38
  • 109 Baxış
Uşaqlıq depressiyasında əsas amil nədir?

Yeni araşdırma uşaqlıqda valideynlərin boşanmasının yetkin yaşda depressiya riskini artırması ilə bağlı geniş yayılmış fikri yenidən qiymətləndirib.

Medicina.az xəbər verir ki, bu barədə HealthDay məlumat yayıb.

Bildirilib ki, 128 mindən çox amerikalının məlumatlarının təhlili valideynləri boşanan şəxslərdə depressiya ehtimalı daha yüksək olsa da, bu əlaqə valideynlərin psixi sağlamlıq problemləri və alkoqol və ya narkotik asılılığı kimi amillər nəzərə alındıqda əhəmiyyətli dərəcədə zəifləyir.

Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə depressiya riskini artıran əsas səbəb boşanmanın özü deyil, ailədə mövcud olan digər ciddi problemlər ola bilər.

Xanım,
Medicina.az