Uşaqlıq və yeniyetmə yaşlarında yaranan xərçəng növləri

  • 2024.02.06 21:08
  • 724 Baxış
Uşaqlıq və yeniyetmə yaşlarında yaranan    xərçəng növləri

Yalnız uşaq və yeniyetmə yaşlarında yaranan xərçəng növləri var.


“Medicina” xəbər verir ki, onkoloq Yevgeniy Çeremuşkin hazırda gənclər arasında ağciyər xərçənginin yarandığını bildirib.

“Adətən əvvəldən belə inanc var ki, xərçəng yaşlı xəstəliyidir. Lakin bədxassəli şişlərin elə növləri var ki, məhz erkən yaşda diaqnoz olunur, hətta uşaq xərçəngi deyilən növlər var.

Nefroblastoma – böyrək xərçəngi uşaq yaş üçün xarakterikdir. Eləcə də qan xərçənfi, limfomalar immun sistemi zədələyir.

Sümük xərçəngi də uşaq və yeniyetmə yaşda yarana bilir, çünki bu yaşda uşaqlarda sümüklərdə böyümə mərhələsi gedir.

Yaşlı insanlar melanoma, mədə və ağciyər xərçəngindən müəyyən ətraf mühit amillərinə görə əziyyət çəkir. Amma maraqlısı budur ki, hələ illərlə siqaret çəkmədən və yaşlanmadan indi gənc nəsildə ağciyər xərçəngi artmağa başlayıb”.

Aygün