Uşaqlıqda günəşə məruz qalmaq xərçəngi riskini 2 dəfə artırır - Mütəxəssislər

  • 2021.06.10 15:16
  • 1183 Baxış
Uşaqlıqda günəşə məruz qalmaq xərçəngi riskini 2 dəfə artırır -  Mütəxəssislər
Uşaqlıqda günəşə məruz qalmaq xərçəng riskini 2 qat artırır.

Medicina.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, uşaqlıqdan etibarən onların dərisi qorunmalıdır. Günəş kremləri ilin bütün fəsillərində istifadə edilməlidir. Çünki günəş dəri xərçəngi və dəri yaşlanmasında ən birinci risk faktorudur. Bu kremlərdən istifadə zamanı bir sıra yan təsirləri ola bilər. Buna görə də məhsulları dermatoloqla məsləhətləşib istifadə edin.

Bundan başqa, məhsulları dərimizə tətbiq edəcəyimiz üçün, internetdən almaq yerinə, apteklərdən alınmasına diqqət edin.

Günəşin daha qızmar olduğu mövsümlər və sahil tətillərində krem istifadəsi daha da önəmlidir. Üz üçün 1/3 çay qaşığı miqdarında tətbiq edilməlidir. Sahil tətillərində isə ovalayaraq dəriyə yedirtmək əvəzinə, qoruyucu bir təbəqə olacaq şəkildə yayın. Ən gec 3-4 saatdan bir yeniləyin. Səhər sürdükdən sonra bütün gün onun qoruyacağını düşünməyin. Eyni zamanda, soyuq aylarda, qar tətillərində də bu kremlərdən istifadə edin.