Uşaqlıqdakı poliplər hansı ölçüdə təhlükəlidir?

  • 2022.10.06 13:11
  • 1952 Baxış
Uşaqlıqdakı poliplər hansı ölçüdə təhlükəlidir?


Bir çox qadınlarda uşaqlıq içində olan poliplər sürətlə böyüyür. Həkimlər kiçik poliplərə əhəmiyyət vermir, yalnız böyük və qanayan polipləri əməliyyat edir.


"Medicina" xəbər verir ki, ginekoloq Kamil Bəxtiyarov kiçik poliplərin təhlükəli olduğunu açıqlayıb.

"Çoxlarına elə gəlir ki, 2-3 mm poliplərlə illərlə gəzmək olar, onlar boş şeydir.


Poliplərdə ölçü əhəmiyyət daşımır. Əksinə, biz çox kiçik poliplər gördük ki, orda atipik hüceyrələr var idi.
4-5 sm-lik poliplər çıxardıq, o sadəcə iltihabdan əmələ gəlmişdi və qanayırdı, heç bir xərçəng təhlükəsi yox idi.

Uşaqlıqda 2-3 mm-lik poliplər atipik hüceyrəli ola bilər. 25% hallarda onlar adenokarsinomaya çevrilir.
Ölçüsündən asılı olmayaraq, polip varsa, o cərrahi yolla xaric olunmalıdır. Poliplərin dərman müalicəsi yoxdur".

Aygün Musayeva