Uşaqlıqdan kənar hamiləlik nədir?

  • 2019.04.09 12:37
  • 14481 Baxış
Uşaqlıqdan kənar hamiləlik nədir?
 


Uşaqlıqdan kənar hamiləlik mayalanmış yumurtanın uşaqlıqdan kənarda hər hansı bir yerdə yerləşərək böyüməyə başlamasıdır. Daha çox süni mayalanma ilə hamilə qalmaq prosesində müşahidə olunur.


Medicina.az bəhs etdiyimiz vəziyyətin müalicə üsulu və qarşısının necə alınması kimi suallara cavabları təqdim edir. 


Tükiyəli professor Suzan Gençsoy qeyd edir ki, borudan kənar hamiləlik 1 faiz insanlarda müşahidə olunur. Xarici hamiləlik nadir hallarda süni mayalanma olmayanlarda da aşkarlanır. Bəzən xarici hamiləlik zamanı döl inkişaf etmir və embirionun itirilməsi ilə sonlanır. Ümumiyyətlə xarici hamiləlik ana üçün həyati təhlükə daşıyır. Buna görə də cərrahi müdaxilə zərurəti doğurur. Xarici hamiləliyin ən təhülkəli forması eyni anda həm də normal hamiləliyin olmasıdır. İkili hamiləlikdə cərrahi müdaxilə ilə xarici hamiləllik sonlandırılır. Lakin kiçik ehtimal olsa da müayinə ərəfəsində xarici hamiləlik görünməyə bilər. 


Xarici hamiləliyin əlamətləri


Xarici hamiləliyin bir neçə göstəricisi vardır. İlk əvvəl xarici hamiləliyi müəyyən etmək çətindir. Normal hamiləlik kimi aybaşı gecikməsi və digər şikayətlər meydana gəlir. Lakin, getdikcə qarının aşağı hissəsinin alt  tərəfində ağrı başlayır və nizamsız qanaxmalar olur. Boruların yırtılması və qarın boşluğunda qanaxmanın başlaması ilə ağrılar şiddətlənir, təzyiqin düşməsi ilə əlaqədar baş gicəllənməsi və ürək getməsi kimi hallar ola bilir.

 

Ayna

Medicina.az