"2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər" ÜST:

  • 2019.07.26 09:04
  • 3609 Baxış
"2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər"  ÜST:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit ilə bağlı hesabatını açıqlayıb.
Medicina.az xəbər verir ki, bu barədə təşkilatın araşdırmalar şöbəsinin müdiri Mark Baltreys bildirib.

Məlumata görə, dünyada 325 milyondan çox  insan Hepatit B və C virusuna yoluxub.
Belə ki, 257 milyondan çox insan hepatit B, 71 milyon xroniki Hepatit C infeksiyası ilə yaşayır. Ümumən 430 milyon insan lazımi müalicə almasa xəstəlikdən öləcək. M.Baltreys onu da vurğulayıb ki, xəstəliyə qarşı mübarizəyə ildə 6 milyard dollar sərmayə qoyulmasa, 2030-cu ilə qədər 4.5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər.
"2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər"  ÜST: