Azərbaycan ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır ÜST:

  • 2019.08.01 14:49
  • 3559 Baxış
Azərbaycan ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır  ÜST:
"Azərbaycan səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır". Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib. Onun sözlərinə görə, ÜST mütəxəssislərin köməyi ilə bu məsələdə Azərbaycana yardım göstərməkdən qürur duyur. H.Harmancı əlavə edib ki, ÜST-nin Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün mütəxəssislərdən ibarət missiya göndərib: "Missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək üçün səy göstərir".