ÜST-dən bədbin xəbər: Pandemiya bitməyəcək

  • 2021.03.20 09:36
  • 1621 Baxış
ÜST-dən bədbin xəbər:  Pandemiya bitməyəcək

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda COVID xəstəliyinin qlobal şəkildə azalmasını müşahidə etmir, əksinə Avropada olduğu kimi, onun artımını qeydə alır”.

Medicina.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

“Beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin başa çatması haqqında qərar vəziyyətdən asılıdır və təəssüf ki, biz rəqəmləri görürük, ona görə də indi heç bir ehtimal edilməməlidir”, - o deyib.

“Çətin ki, bu ilin sonuna qədər tam qələbə qazanmaq mümkün olsun, lakin hospitalizə edilənlərin, ölüm və yoluxma sayının azaldılması bizim əlimizdədir”, - Vuynoviç vurğulayıb.

O, pandemiyaya bütün ölkələrdə qalib gəlinməyənədək onun bitməyəcəyini bildirib.