ÜST-dən meymunçiçəyi tövsiyəsi - Cinsi əlaqələri azaldın, yeni tanışlıqlar etməyin

  • 28 İyl 2022 16:14
  • 1447 Baxış
ÜST-dən meymunçiçəyi tövsiyəsi  - Cinsi əlaqələri azaldın, yeni tanışlıqlar etməyin


Bütün dünyada meymunçiçəyi virusu ilə bağlı narahatlıqlar olduğu vaxtda Ümumdünya Səhiyyə Təşkilatından yeni xəbərdarlıq gəlib.

Medicina.az xəbər verir ki, ÜST direktoru Tedros Adanom Qebreisus, infeksiyadan qorunmağın ən yaxşı yolunun təmas riskini azaltmaq olduğunu bildirib:


“Cinsi partnyorların sayını azaltmalı, yeni partnyorlarla cinsi əlaqəni düşünməmək lazımdır.

Geylər arasında meymunçiçəyi virusunun artdığını vurğulayan Qebreisus onlara da xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru bəyan edib ki, 78 ölkədə 18 000-dən çox insan meymunçiçəyi virusuna yoluxub. Bu halların 70 faizi Avropada baş verib.