ÜST-dən xəbərdarlıq: Vəziyyət daha da pisləşə bilər

  • 2020.07.14 00:52
  • 29064 Baxış
ÜST-dən xəbərdarlıq:   Vəziyyət daha da pisləşə bilər
"Dünya əvvəlki vəziyyətə asanlıqla qayıtmayacaq".

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus deyib. Onun sözlərinə görə, yeni növ koronavirus dövlətlərin bir nömrəli düşmənidir.

ÜST rəhbəri, həmçinin xəbərdarlıq edib ki, həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə etinasız yanaşmaq olmaz, əks halda, pandemiya ilə bağlı vəziyyət getdikcə daha da pisləşəcək:

Qebreyesus vurğulayıb ki, insanlar əsas qaydalara riayət etməlidirlər. Bu qaydalar sosial məsafəni qorumaq, əlləri yumaq və tibbi maskadan istifadə etməkdən ibarətdir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.