ÜST təhlükəli göbələklərin siyahısını hazırladı

  • 2022.10.31 14:21
  • 979 Baxış
ÜST təhlükəli göbələklərin siyahısını  hazırladı



Dünya Səhiyyə təşkilatı insan həyatı üçün ölümcül təhlükə daşıyan 19 göbələk adını təqdim edib.

"Medicina" xəbər verir ki, siyahıda 19 təhlükəli patogenin adı var, bura kif və maya göbələyi də daxil edilib.

Göbələk infeksiyaları hər il 1,7 milyon insanın ölümünə, 150 milyon ağır infeksiya xəstəliyinə səbəb olur.

Xüsusən xəstəxanalarda yayılan göbələklər zəif immunitetli insnalar üçün təhlükəlidir.

Pandemiya dönəmində onların təsiri daha da çoxalıb. Covid xəstələrinin çoxu bu patogenlərdən ölüb.

Koronavirusu ağır steroid dərmanlarla müalicə səbəbindən göbələklərə qarşı müdafiə dəfələrlə azalıb.

ÜST bildirir ki, hazırda göbələklər ümumi səhiyyə sistemi üçün böyük təhlükə olaraq qalır.

Aygün Musayeva