ÜST-ün Moskvadakı şöbəsi bağlana bilər

  • 2022.05.07 16:16
  • 2285 Baxış
ÜST-ün Moskvadakı şöbəsi bağlana bilər

Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu gələn həftə təşkilatın Moskvadakı bürosunun bağlanmasını müzakirə edəcək.

Medicina.az xəbər verir ki, təklif quruma üzv olan 43 ölkə tərəfindən verilib. Onlar təklifi Ukraynadakı müharibənin dağıdıcı təsiri ilə izah ediblər.


Təklif olunub ki, Avropa Yoluxmayan Xəstəliklərin Profilaktikası və Nəzarət Bürosunun fəaliyyəti dayandırılsın və büro başqa ölkəyə köçürülsün. Lakin ÜST-nin Rusiya nümayəndəliyi adi rejimdə fəaliyyətini davam etdirəcək.


Həmçinin Rusiyada keçirilən bütün tədbirlərin Ukrayna münaqişəsi bitənədək təxirə salınması təklif edilir.