Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üz-bədən kremləri xərçəngə səbəb olurmu?

  • 2025.08.09 12:11
  • 180 Baxış
 Üz-bədən kremləri xərçəngə səbəb olurmu?

Kimyaçılar kremlərdə xərçəng təhlükəsi barədə xəbərdarlıq ediblər.


“Medicina” xəbər verir ki, V.İ.V. adına Qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov kremlərin düzgün saxlanmamasının onkologiyaya səbəb ola biləcəyini gizlətməyib.


“Bəzi kremlər düzgün saxlanmadıqda və ya günəş altında, istidə qaldıqda sağlamlığa ciddi ziyan vura, hətta mieloma, Hodgkin limfoması kimi onkoloji xəstəliklərin inkişafına səbəb ola bilər.


Birinci risk qrupu, tez-tez sızanaqları müalicə etmək üçün istifadə olunan benzoil peroksid və hormonal tərkibli dərmanlardır. Bu maddə yüksək temperaturda və ultrabənövşəyi işığın təsiri altında olduqca qeyri-sabitdir. Birbaşa günəş işığına məruz qaldıqda bir neçə saat sonra benzoil peroksid parçalanmağa başlayır və benzol əmələ gətirir ki, bu da kəskin leykemiya və multipl leykemiyanın inkişafına səbəb ola bilər”.

Onun sözlərinə görə, retinol kimi və onun törəmələri olan məhsullar da istiliyə həssasdır, bu komponentlər istilik və işığın təsiri altında tez aktivliyini itirir və dəridə arzuolunmaz reaksiyalara səbəb ola bilər.

Eyni şey, onun fikrincə, təmiz formada olan C vitamini üçün də keçərlidir.

“Günəşdən qoruyucu kremlərin yüksək temperaturda uzun müddət məruz qalması onların strukturunu poza və qorunma dərəcəsini azalda bilər. Bu, xüsusilə sink oksidi və titan dioksidi olan mineral günəş kremləri üçün aktualdır”.


Məhsul rəngini, konsistensiyasını və ya qoxusunu dəyişibsə, istifadə edilə bilməz. Yayda kremləri avtomobildə buraxmaq xüsusilə təhlükəlidir, günəşdə salonda temperatur 60-70 dərəcəyə çata bilər ki, bu da ən sabit kompozisiyaların belə korlanmasına zəmanət verir".


Aygün Musayeva