Üz masajı ilə plastikanı əvəzləyin

  • 2019.10.30 15:25
  • 5703 Baxış
Üz masajı ilə plastikanı əvəzləyin
Masaj zamanı dərinin qan dövranı və maddələr
mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq
alır.

 


 


Medicina.az xəbər verir ki, üz masajı, üz dərisi hətta həssas olduqda
da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa
başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Masaj texnikasının düzgün şəkildə
yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan
qırışları da artıra bilər.


 


Üz masajı üçün əks göstərişlər


 


 


 


-irinli səpgilər


 


 


-üz
damarların genişlənməsi


 


 


-üzün tüklənməsi, yanıqlar


 


 


-çatlar


 



Dərinin
cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi
gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək
lazımdır.


 



Masaj hərəkətlərinə başlamazdan qabaq üz dərisini yaxşı təmizləmək
lazımdır. Dəri çox qurudursa və hərəkətlərin yerinə yetirilməsi diskomfort
yaradırsa, gimnastik hərəkətdən qabaq təmizlənmiş üzə az miqdarda krem və ya
bitki yağı sürtmək olar. Hərəkətlər kompleksi başa çatdıqdan sonra dəri təkrar
olaraq təmizlənməli və üzərinə qidalandırıcı krem və ya maska çəkilməlidir.


 


 


Masaj edərkən mütləq
iri güzgü önündə dik oturmuş vəziyyətində olun.


 


 


Ağız və çənə
nahiyələrinin möhkəmləndirilməsi və dodaq bucaqlarının qaldırılması üçün masaj:


 


 


- Hər iki əlinizin orta və adsız barmaqlarını çənə
nahiyəsinin mərkəzindəki batıq sahayə qoyun. 3 saniyə ərzində bu yerdə
saxladığınız barmaqlarınızla, getdikcə bir qədər artırmaqla, təzyiq edin. Sonra
etdiyiniz təzyiqi saxlamaqla, barmaqlarınızla hər iki tərəfdən dodaq
bucaqlarını dolanıb keçərək onları yuxarı dodaq üzərindəki mərkəzi batıq
hissədə birləşdirin. Barmaqlarınızla 3 saniyə ərzində bu nöqtəni sıxın və sonra
barmaqlarınızı birdən qaldıraraq təkrarən çənə nahiyəsinin mərkəzindəki batıq
sahəyə qoyun. Bu hərəkəti 10-15 dəfə təkrar edin.


 


 


- Bu məşğələni yerinə yetirdikdən sonra üst dodağın
burunaltı nahiyəsinə şəhadət və orta barmaqlarınızla 1-2 dəqiqə ərzində döymə
hərəkətləri edin.


 


 


 


Burun-dodaq
qırışlarının hamarlanması
üçün masaj:


 


 


- Burun-dodaq
qırışlarının yaranması əksər hallarda, üst və alt çənə dişlərini bir-birinə
sıxmaq kimi "zərərli” vərdiş nəticəsində əmələ gəlir. Dişlərin bir-birinə
sıxılması üzün gözəlliyinə qarşı olan ən zərərli vərdişlərdən biridir. Üst və
alt çənə dişləri hər zaman bir-birindən aralı qalmalıdır. Bu zaman onlar
arasındakı məsafə ən azı 2-3 mm olmalıdır. Burun-dodaq qırışlarının
hamarlanması üçün aşağıdakı məşğələdən istifadə olunur.


 


 



 


 


 


Alın
dərisinin hamarlanması


- Bir əlinizin
ovucunu yastısına olmaqla alnınıza qoyun. Alnınıza bir qədər təzyiq edin. 10-15
dəfə kifayət qədər sürətli tempdə olmaqla qaşlarınızı qaldırın və salın. Bir
necə saniyə müddətinə alnınızı sərbəstləşdirin. Sonra hərəkətləri yenə 2-ci
dəfə təkrar edin.


 



- Hər iki əlinizin
şəhadət, orta və adsız barmaqlarını kip şəkildə alının orta hissəsinə sıxın.
3-ə qədər sayaraq barmaqlarınızı yüngülcə alnınıza sıxaraq gicgahlara tərəf
dartın. Bu hərəkətləri 5 dəfə etdikdən sonra 10 saniyə dincəlin, sonra bir daha
təkrar edin.


 


 


 

Üz masajı ilə plastikanı əvəzləyin
Üz masajı ilə plastikanı əvəzləyin