Uzanmış mədə sindromu- Əlaməti

  • 2023.01.17 15:46
  • 1652 Baxış
Uzanmış mədə sindromu - Əlaməti

Daimi aclıq hissi, yeməkdən sonra doymamaq uzanmış mədə sindromu və diabetin əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, terapevt Polina Yermolova mədə uzanmasının (sallanmasının) əlamətlərini açıqlayıb.

“Mədə uzanmaq, dartılmaq kimi xüsusiyyətə malikdir. Onun tutumu bu halda 5-8dəfə artır.

Bir oturuma çox miqdarda yemək qəbul etmək bu orqanın dartılmasına səbəb olur. Bu da aclıq siqnalını gecikdirir.
Mədə nə qədər uzun və böyükdürsə, siqnal bir o qədər gec çatır.

Çoxlu yedikdən sonra da gəlməyən toxluq hissi o deməkdir ki, mədə ölçüsündən kifayət qədər böyüyüb.

Mədəni əvvəlki halına qaytarmaq üçün yemək paylarını azatmaq, doymağı gözləmədən süfrədən çəkilmək, az-az, gündə 4-5 dəfə yemək və xüsusi masaj, idman hərəkətləri etmək lazımdır.

Bundan əlavə anormal aclıq orqanizmdə güclü defisit olduğunu göstərir. Diabet, mədə xəstəliyi zamanı faydalı maddələrin bədənə sovrulması pozulur.

İnsulin yetməzliyində də qida mərkəzinin siqnalı dəyişir. Diabetlər tez-tez acır”.

Aygün Musayeva